2019-cu ilin yanvar-avqust aylarında Azərbaycana 26 695 avtomobil idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 90 faiz çoxdur.
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin hesabatında deyilir.
Eləcə də bax: Azərbaycanda yeni «Lada»ların – SATIŞI BAŞLANDI - QİYMƏTLƏR
Bu ilin ilk səkkiz ayı ərzində ölkəyə 24 088 minik maşını idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 2 dəfə çoxdur. İdxal olunan avtobusların sayı 246 (2,5 dəfə artım), 2 262 yük maşını (69,8 faiz artım), 99 xüsusi təyinatlı nəqliyyat vasitəsi (22 ədəd artım) idxal olunub.
İdxal, həcminin ümumi məbləğinə gəldikdə isə, hesabat dövründə idxal olunan nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin dəyəri 749,131 milyon dollar təşkil edib ki, bu da ötən ilin ilk səkkiz ayı ilə müqayisədə təxminən 35,3 faiz çoxdur.