Maliyyə Bazarlarına Nəzarət Palatası Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri sisteminə texniki xidmətin göstərilməsinin satın alınması üçün kotirovka sorğusunun nəticələri bəlli olub.
Eləcə də bax: Maliyyə Bazarlarına Nəzarət Palatası tenderinin - LƏĞV OLUNDUĞUNU AÇIQLADI
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu il sentyabrın 27-də Daşınar Əmlakın Yüklülüyü Dövlət Reyestri sisteminə texniki xidmətin göstərilməsinin satın alınması üçün keçirilmiş kotirovka sorğusu müsabiqəsində “Digitsol” MMC 46 min 256 manat məbləğilə qalib elan olunmuş və qalib gələn iştirakçı ilə 2019-cu il oktyabrın 29-da müvafiq satınalma müqaviləsi imzalanmışdır. Palata kotirovka sorğusunda iştirak edən iştirakçılara təşəkkürnü bildirir və fəaliyyətlərində onlara uğurlar arzulayır.