Maliyyə Bazarlarına Nəzarət Palatası Elektron xidmətlər portalına texniki xidmətin göstərilməsinin satın alınması üçün kotirovka sorğusu ləğv olunub.
Eləcə də bax: Maliyyə Bazarlarına Nəzarət Palatası tenderinin - QALİBİNİ AÇIQLADI
FED.az xəbər verir ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 2019-cu il sentyabrın 11-də elektron xidmətlər portalına texniki xidmətin göstərilməsinin satın alınması üçün kotirovka sorğusu elan edilmişdir. Tender komissiyası tərəfindən təsdiq olunmuş yekun protokol İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinə təqdim edilmiş və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 24 oktyabr 2019-cu il tarixli, ASİMDX-15/01-05/9301p nömrəli məktubu əsasında ləğv olunmuşdur. Palata kotirovka sorğusunda iştirak edən iştirakçılara təşəkkürnü bildirir və fəaliyyətlərində onlara uğurlar arzulayır.