İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyi 2022-ci il üçün illik maliyyə-təsərrüfat fəaliyyətinin auditi xidmətinin satın alınması ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Nexia EA" QSC-dir.
Qalib şirkətə 27 140 manat ödəniləcək.
Xatırladaq ki, "Nexia EA" QSC daha öncə "MİDA" MMC-nin 19 470 manat dəyərindəki "2022-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditinin aparılması" kotirovka sorğusunun qalibi olub (21.12.2022).