Bakı Nəqliyyat Agentliyi (BNA) 2021-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinin auditini keçirmək məqsədilə “Nexia EA” MMC-ni cəlb edib.
Eləcə də bax: Dövlət Agentliyi auditor - SEÇİR
FED.az xəbər verir ki, “Nexia EA” ilə müvafiq müqavilə imzalanıb. Müqavilənin dəyəri 44,014 min manatdır.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.
Prezident İlham Əliyev cari ilin fevral ayında “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” fərman imzalayıb. Fərmana əsasən, Bakı Nəqliyyat Agentliyi (BNA) publik hüquqi şəxs statusu ilə Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyinə verilib. (İnterfaks)