Bakı şəhər İcra Hakimiyyətinə məxsus "Bakı Şəhər İşığı" Elektrik Şəbəkə Müəssisəsi tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Nazirliyin böyük tikinti tenderini - MƏHŞUR TÜRK ŞİRKƏTİ QAZANDI - MƏBLƏĞ
FED.az xəbər verir ki, tenderin qalibi "Tikinti Təminat LTD" MMC olub.
"Bakı Şəhər İşığı" fasad işıqlandırmasının təmiri və bərpası üçün lazımı mal materialların alınması üçün "Tikinti Təminat LTD" MMC ilə müqavilə imzalayıb.
Müqaviləyə əsasən, 5000 fasad işığı, 6000 lampa, 5000 drossel və 700 projektor üçün qurum "Tikinti Təminat LTD" MMC-yə 994 min 504 manat xərcləyəcək.