İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti böyük tikinti tenderinin qalibini açıqlayıb.
Eləcə də bax: Dövlət qurumu böyük tenderinə - XİTAM VERDİ - TENDERİN İCRASI DAYANDIRILDI
FED.az xəbər verir ki, tenderi Türkiyənin məhşur tikinti şirkəti “Tekfen İnşaat ve Tesisat Anonim Şirketi” (A.Ş.) qazanıb.
Dövlət Vergi Xidməti tikinti işlərinin yerinə yetirilməsi üçün “Tekfen İnşaat ve Tesisat”a 6 milyon 316 min 125 manat ödəyəcək.
Qeyd edək ki, şirkət 2010-cu ildə SOCAR-ın binasının inşası tenderini, 2013-cü ildə Bakı Olimpiya Stadionunun tikintisi tenderini (640 milyon manat), 2016-cı ildə Vergilər Nazirliyinin binasının inşası tenderini qazanmışdı (110 milyon 920 min manat).
“Tekfen Holding” A.Ş.-nin törəmə şirkəti olan “Tekfen İnşaat ve Tesisat” A.Ş. Türkiyə, Orta Şərq, Şimali Afrika, Qafqaz və Orta Asiya, Şərq və Orta Avropada fəaliyyət göstərir.