"İnnovasiya Və Rəqəmsal İnkişaf Agentliyi" PHŞ (VÖEN – 1308009551) açıq tender elan edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, tenderin predmeti audit xidmətinin satın alınmasıdır. Ehtimal olunan qiymət 37 170 manat təşkil edir.
Xidmətə daxildir: Mərkəzin 2025-ci il üzrə Maliyyə Hesabatlarının MHBS-ın prinsiplərinə uyğunluğuna müstəqil maliyyə audit rəyinin verilməsi. Mərkəzdə tətbiq edilən mühasibat uçotu qaydalarının Maliyyə Hesabatının Beynəlxalq Standartına (MHBS) və Mühasibat Uçotunun Beynəlxalq Standartına (MUBS) uyğunluğunun dəyərləndirilməsi və düzəlişə ehtiyac olduğu zaman məlumatlandırılması. Mərkəzin fəaliyyətinə və cari tətbiq olunan uçot siyasətinə uyğun olan yeni MHBS və MUBS üzrə tövsiyələrin verilməsi. Auditin nəticələri barədə hazırlanacaq audit rəyinin tərtib edilməsi.
Tender 26 yanvar 2026-cı il tarixində dərc edilib.
Təkliflərin son təqdim olunma vaxtı 16 fevral 2026-cı il, zərflərin açılışı isə həmin tarixdə həyata keçiriləcək.
İştirak haqqı 74 manat, istifadə haqqı isə 25 manat təşkil edir.
Əlaqələndirici şəxs: Pərvin Qüdrətli - Aparıcı mütəxəssis
[email protected]
+994 55 698 63 98
İddiaçıların tələb olunan sayı: 3
İddiaçılar təkliflərini 16 fevral 2026-cı il tarixinə qədər Bakı şəhəri, Atatürk prospekti 89, AZ1069 ünvanına təqdim edə bilərlər.











