"Azərbaycan Dövlət Dəniz Akademiyasının nəzdində Azərbaycan Dənizçilik Kolleci" PHŞ tərəfindən Keyfiyyətin İdarəetmə Sisteminin I nəzarət auditi və daxili audit təlimi xidmətinin satın alınması həyata keçirilib.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, satınalmanın qalibi "Certifica" MMC (VÖEN: 1604769031) olub. Müqavilənin dəyəri 3 050 manat təşkil edir. Satınalma "Bir mənbə" metodu ilə baş tutub.
Qeyd edək ki, "Certifica" MMC Kolleclə daha əvvəl (27.12.2024) də əməkdaşlıq edib. Şirkət Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi (ISO 9001:2015) standartı əsasında sertifikatlaşdırma xidməti üçün 2 400 manat dəyərində müqavilə imzalamışdı.











