Dövlət Vergi Xidməti "Kölgə iqtisadiyyatının ölçülməsi və onun aradan qaldırılması ilə bağlı təkliflərin hazırlanması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi “Ernst & Yanq Holdinqs (SİAYES) Bi.Vi." şirkəti olub.
Şirkətlə 962 min 880 manat məbləğində müqavilə imzalanıb.
Qeyd edək ki, şirkətlə bundan əvvəl Dövlət Neft Fondunun 296 min 168 manat məbləğindəki "İnsan resurslarının idarəedilməsi (HR Management) üzrə məsləhət xidmətlərinin satın alınması" tenderi üzrə müqavilə imzalanıb (01.05.2022).