Dövlət Vergi Xidməti "Kompüter avadanlıqlarının satın alınması" tenderinin nəticələrini açıqlayıb.
FED.az xəbər verir ki, tenderin qalibi "İnfinitech" şirkəti olub. Şirkətlə 1 milyon 155 min 211.74 manat dəyərində müqavilə imzalanıb.
İnfinitech şirkəti həmin məbləğdə 275 ədəd printer, 70 ədəd skaner, 5 ədəd inverter, 50 ədəd laminasiya aparatı, 100 ədəd klaviatura, 240 ədəd siçan, 369 ədəd personal kompüter, 76 ədəd noutbuk, 14 ədəd monoblok və 3 ədəd monitor təqdim edəcək.
Qeyd edək ki, şirkət Astara Pedaqoji Kollecinin 37 min 264.4, "Maşın və avadanlıqlar" tenderinin qalibi olub (26.12.2022).