Sahibkarlar tenderlər barədə “e-tender.gov.az” portalı vasitəsilə məlumat əldə etməklə, öz fəaliyyət istiqamətləri üzrə qeydiyyatdan keçərək tenderlərdə iştirak edə bilərlər.
Eləcə də bax: Dövlət satınalmalarında dəyişikliklər - ƏVVƏL VƏ İNDİ
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən (KOBİA) FED.az-a bildirilib ki, bu barədə dövlət satınalmaları ilə bağlı sahibkarlarla keçirilmiş onlayn görüşdə məlumat verilib. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin təşkilatçılığı və Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunmuş görüşdə 30-a yaxın sahibkar iştirak edib. Görüşdə “Dövlət satınalmaları haqqında” Qanuna edilmiş son dəyişikliklər, dövlət sаtınаlmа prosedurlarının elektronlaşdırılması və iştirakçıkar arasında sağlam rəqаbətin təmin оlunmаsı istiqamətində həyata keçirilən tədbirlər barədə ətraflı məlumat verilib, sahibkarlar dövlət satınalmalarında fəal iştiraka dəvət olunub, onları maraqlandıran suallar cavablandırılıb.