İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İslahat İcmalı”nın xüsusi buraxılışı dövlət satınalmaları sahəsində aparılan islahatlara həsr olunub.
Eləcə də bax: Dövlət satınalmalarında ödəmələrlə bağlı tələbləri pozanlar - Cərimə Ödəyəcək - MƏBLƏĞ
FED.az xəbər verir ki, hesabatda qanunvericilikdə müxtəlif istiqamətlərdə edilmiş dəyişikliklər qeyd olunub. Bu islahatlara elektron satınalma prosedurunda tətbiq edilən yeni üsul, malgöndərənlərin (podratçıların) ixtisas uyğunluğunun əvvəlcədən müəyyənləşdirilməsi prosesləri, satınalma metodlarının razılaşdırılması, tender komissiyası, tenderdə iştirak haqqı prosedurunun portal üzərindən aparılması, təkliflərin açılışı, bir bank günü ərzində təklifin kənarlaşdırılması, təkliflərin qiymətləndirilməsi, icazələrin (razılıqların) alınması və işə başlama bildirişi, müqavilənin yuxarı orqan tərəfindən təsdiq edilməsi, satınalma müqaviləsinin yerinə yetirilməsi təminatının müddəti və müqavilənin şərtlərinin dəyişdirilməsi prosesləri daxildir. Əlavə olaraq, təhvil-təslim aktlarının qəbulu, təkliflər sorğusu və elektron satınalma elanı (dəvəti) prosedurlarının indi vahid internet portalı üzərindən həyata keçirilməsi qeyd edilib.
“İslahat icmalı” İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən birlikdə hazırlanıb.
“İslahat icmalı”nı təqdim edirik (üzərinə klikləyərək rəsmləri böyüdə bilərsiniz).