Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumu daha bir icarə tenderinə yekun vurub.
Portaldan gizlədilən 1,2 milyonluq icarə tenderlərinin qalibləri - BƏLLİ OLDU
FED.az xəbər verir ki, nazirliyin Əmək bazari və Sosial müdafiə məsələləri üzrə Milli Observatoriya PHŞ ofis sahəsinin icarəsi üzrə tenderi yekunlaşdırıb.
Xatırladaq ki, tender sahəsi 2691 kvadratmetr olan ofit sahəsinin 2 illik müddətə icarəyə götürülməsi üzrə elan edilmişdi.
Azərbaycanda icarə tenderlərini udan şirkət - GƏLİR VƏ MƏNFƏƏTİNİ AÇIQLADI - HESABAT
Tenderin qalibi Qiyasov Alim Yusif oğlu olub, onunla bağlanan müqaviləyə əsasən, nazirliy1in qurumu fiziki şəxsə həmin ofisin 2 illik icarəsi üzrə 1 milyon 169 min manat ödəyəcək.
Dövlət qurumu portaldan kənar seçilən anbarı - 2 MİLYON MANATA İCARƏYƏ GÖTÜRÜB
Yeri gəlmişkən, Milli Observatoriya indiyədək də həmin ofisi icarələyir və indiki tender sadəcə müqavilənin uzadılması üçün lazım idi. Bundan əvvəl 12 aylıq ofis icarəsi üçün dövlət qurumu ofisin sahibi Qiyasov Alim Yusif oğluna 584 min manat ödəmişdi. Yəni icarə qiyməti dəyişməyib, tərəflər həmin qiymətlə davam edirlər.
Yeri gəlmişkən, tender elan ediləndə, ehtimal olunan qiymət daha yüksək idi – 1,2 milyon manat, yəni dövlət qurumu təqribən 32 min manata qənaət edib.
Ümumiyytlə isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qurumları ofis icarəsi üzrə böyük tenderlər elan edirlər.
Təkcə sözügedən fiziki şəxs Qiyasov Alim Yusif oğlu indiyədək sözügedən nazirliyin qurumlarına ofis icarəsi üzrə 4-cü müqaviləsini bağlayıb.
Bundan əvvəl ona
Əmək bazari və Sosial müdafiə məsələləri üzrə Milli Observatoriyaya 2034 kvadratmetrlik ofisin 12 aylıq icarəsi müqaviləsi üzrə 348 min manat (tarix 16 yanvar 2023)
Dövlət Əmək Müfəttişliyinə 1980 kvadratmetrlik ofisin 6 aylıq icarəsi üzrə 169 min manat (6 mart 2023)
Əmək bazari və Sosial müdafiə məsələləri üzrə Milli Observatoriyaya 2691 kvadratmetrlik ofisin 12 aylıq icarəsi müqaviləsi üzrə 584 min manat (tarix 29 dekabr 2023) vəsait ödənilib.