Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos) 2 tenderə yekun vurub.
FED.az xəbər verir ki, hər 2 tender icarə xidmətinin satin alınması ilə bağlıdır.
Qeyd edək ki, dövlət qurumu tenderlərin qalibləri ilə toplamda 1 270 117 manat dəyərində müqavilələr imzalayıb.
Hər iki müqavilə üzrə satınalma proseduru dövlət satınalmalarının vahid internet portalında keçirilməmişdir (elektron satınalma deyil).
Daha detallı aşağıdakı cədvəldə :
№ |
Satınalma predmeti |
Qalibin adı |
Qalibin VÖEN-i |
Məbləğ |
1 |
Ofis sahələrinin icarəsi xidmətinin satın alınması |
“Neptun” Birgə Azərbaycan-İngiltərə MMC |
9900056131 |
518 314 AZN |
2 |
Ofis sahələrinin icarəsi xidmətinin satın alınması |
“Libra” MMC |
1700271981 |
751 803 AZN |