Biznes mərkəzini idarə edən "Çinar Park" QSC 2022-ci ilin maliyyə nəticələri göstəricilərini elan edib.
FED.az şirkətin hesabatına istinadən xəbər verir ki, şirkət 2 milyon 748 min manat xalis mənfəət ilə başa vurub. Hesabat dövründə şirkət 719,5 min manat mənfəət vergisi ödəyib.
Bu dövrdə "Çinar Park" QSC-nin gəlirləri 6 milyon 91 min manat təşkil edib. Şirkətin xərcləri isə 3 milyon 343 min manat olub.
Bundan əlavə şirkətin əmək haqqı və əlaqəli xərcləri 816,7 min manat, kommunla xərcləri 512,9 min manat, mühafizə xərcləri 356,1 mi manat təşkil edib.
31 dekabr 2022-ci il tarixində "Çinar Park" QSC 19 milyon 729 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir ildə 7 milyon 64 min manat və ya 55,8% artıb.
Şirkətin öhdəlikləri isə 5 milyon 694 min manat olub ki, bu da illik müqayisədə 4 milyon 315 min manat 4,1 dəfə çoxdur.
Hesabat dövründə “Çinar Park”ın balans kapitalı 2 milyon 748 min manat (24,3%) artaraq 14 milyon 35 min manata yüksəlib.
Bölüşdürülməmiş mənfəətin həcmi isə 2 milyon 747 manat (93,6%) artaraq 5 milyon 681 min manata çatıb.
2006-cı ildə yaradılıb. "Çinar Park" QSC-nin nizamnamə kapitalı 4 milyon 325 min 398 manatdır. Şirkətin qanuni təmsilçisi Gülməmmədli Ülvi Rüfət oğludur. Şirkətin hüquqi ünvanı, Bakı, Nərimanov rayonu, Ziya Bünyadov, ev 1965-ci məhəllə ünvanında yerləşir.