Dövlət Neft Fondu lisenziya xidməti ilə bağlı açıq tender elan edir.
FED.az xəbər verir ki, tender elanı "İnzibati binanın fiziki təhlükəsizlik sistemlərinə 1 (bir) illik texniki dəstək xidmətinin və bu xidmətlərin göstərilməsi üçün tələb olunan lisenziyaların (o cümlədən SmartNet lisenziyaları) satın alınması”ilə bağlıdır.
- Dövlət Sosial Müdafiə Fondundan "Kapital Bank"a 16 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
- Dövlət Sosial Müdafiə Fondundan ABB-yə 16,2 milyonluq sifariş - TENDER NƏTİCƏSİ
FED.az xəbər verir ki, tenderdə iştirak haqqı 250 manatdır. Müsabiqə fevral ayının 28-də başlayır.Tələb olunan sənədlər martın 29-dək, təkliflər isə aprelin 6-dək təqdim edilməlidir. Zərflər aprel ayının 7-də açılacaq.
Satınalan təşkilatın VÖEN-i: 9900041961
Satınalan təşkilatın ünvanı: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma yeri: AZ1029, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 165
Çatdırılma müddəti: Lisenziyalar satınalma müqaviləsi imzalandığı tarixdən sonra 20 (iyirmi) gün ərzində, Xidmət isə sifarişə uyğun olaraq 1 (bir) il ərzində təhvil verilməlidir.