Dövlət Sosial Müdafiə Fondu dəyəri təxminən 16 milyon manat olan bank xidməti tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Kapital" ASC (VÖEN: 9900003611) olub.
Qalib şirkətlə 15 988 475 manat dəyərində müqavilə imzalanıb.
Müqavilədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması daxildir.
Xatırladaq ki, "Kapital Bank" ASC həmin qurumun 8 932 644 manat dəyərindəki "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında və digər struktur bölmələrində əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması" tenderinin qalibi olub (07.07.2022).
Qeyd edək ki, "Kapital Bank" ASC (VÖEN: 9900003611) 10.07.2006-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 245 849 999.85 manatdır. Şirkətin qanuni təmsilçisi Rövşən Allahverdiyev Şamil oğludur. Hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Füzuli ev,71-də yerləşir.