Dövlət Sosial Müdafiə Fondu dəyəri təxminən 16,2 milyon manat olan daha bir bank xidməti tenderinə yekun vurub.
FED.az xəbər verir ki, tenderin qalibi "Azərbaycan Beynəlxalq Bankı" ASC (VÖEN: 9900001881) olub.
Qalib şirkətlə 16 206 332 manat dəyərində müqavilə imzalanıb.
Müqaviləyə Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması daxildir.
Xatırladaq ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC həmin qurumun 8 238 216 manat dəyərindəki "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Aparatında əmək haqlarının, dövlət icbari şəxsi sığortası üzrə sığorta ödənişlərinin, birdəfəlik müavinətlərin və digər struktur bölmələrində əmək haqlarının, əmək pensiyalarının, sosial müavinətlərin, sosial yardımların, eləcə də ayrı-ayrı kateqoriya şəxslərə Azərbaycan Respublikası Prezidenti tərəfindən təyin edilmiş təqaüdlərin və kompensasiyaların ödəniş kartları, habelə zərurət olduğu halda digər ödəniş alətləri və üsulları vasitəsi ilə nağdsız qaydada ödənilməsini həyata keçirmək məqsədilə göstəriləcək bank xidmətlərinin satın alınması" tenderinin qalibi olub (08.07.2022).
Qeyd edək ki, "Azərbaycan Beynəlxalq Bankı" ASC (VÖEN: 9900001881) 30.12.1992-ci ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 1 225 647 819.09 manatdır. Şirkətin qanuni təmsilçisi Abbas İbrahimov Məmmədəli oğludur. Hüquqi ünvanı Az1065, Bakı şəhəri, Nəsimi rayonu, Nizami ev, 67-də yerləşir.