“Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti “Cronos” Mənzil-Tikinti Kooperativi ilə müqavilə bağlayıb.
Eləcə də bax: Bakının bu hissələrindən sakinlər köçürüləcək - ÜNVANLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, müqavilədə Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin görülməsinin satınalınması nəzərdə tutulur.
Müqavilənin dəyəri isə 788 771 manatdır.
Qeyd edək ki, “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binasının əsaslı təmir-bərpa işlərinin layihə-smeta sənədlərinin hazırlanması üçün “Arch Style” MMC-yə 209 min 922 manat ödəmişdir.