Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti paytaxtın bəzi ərazilərindən sakinlərin köçürüləcəyini elan edib.
FED.az xəbər verir ki, söhbət Bakı şəhəri, Səbail rayonu, 1-ci Həsən Seyidbəyli döngəsi, ev 7 və 9 ünvanlarında yerləşən yaşayış və qeyri-yaşayış sahələri köçürüləcək.
Buna səbəb həmin sahələrin qəzalı olmasıdır.
Bununla əlaqədar olaraq Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamenti daşınmaz əmlakın qiymətləndirilməsinə dair xidmətin göstərilməsinin kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir.
Maraqlanan təşkilatlar (+99412) 465-62-59 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.
Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 13.10.2021-ci il saat 14:00-dan 27.10.2021-ci il saat 15:00-dək qəbul olunur.