Azərbaycanda unun son topdansatış qiymətləri məlum olub.
FED.az İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinə istinadən bildirir ki, fevralın 6-dan etibarən ölkədə 50 kq-lıq unun son topdansatış qiymətləri 26-28,20 manat arasında dəyişir.
Belə ki, ölkə üzrə bazara təqdim olunan ən ucuz un növü Dəvəçi-Taxıl” MMC (26 manat), ən bahalısı isə “Azeri-Arapoğlu U.S.və T.LTD” BM-dir (28 manat 20 qəpik).
Xidmət eyni zamanda, un istehsalçılarının topdansatış məntəqələri, topdansatış qiymətləri, habelə iş vaxtı və əlaqə nömrələrinə dair siyahını da yayıb.
Həmin siyahını təqdim edirik: