Status

Azərbaycanda hər işçiyə bir pensiyaçı düsür - PENSİYA SİSTEMİNİN QƏRİBƏLİYİ

Azərbaycanda hər işçiyə bir pensiyaçı düsür - PENSİYA SİSTEMİNİN QƏRİBƏLİYİ | FED.az
19:24 11 Dekabr 2018

2018-ci il üzrə rəsmi məlumata görə, də Azərbaycanda bütün pensiyaçıların 59%-i yaşa, 29.6%-i əllliyə, 11.4%-i ailə başçısını itirməyə görə pensiya alanlardır.
 
FED.az-ın məlumatına görə, bunu iqtisadçı ekspert Rövşən Ağayev “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
 
ELƏCƏ DƏ BAX: Avropanın bu ölkəsində işçi çatışmır

Ekspert nəzərə çatdırıb ki,  əlilliyə görə pensiya alanların payı həddən artıq yüksəkdir - az qala hər 3 pensiyaçıdan biri:
 
“Məlumat üçün deyim ki, 2000-ci ilədək bu göstərici çox aşağı olub - təxminən 13%. 2005-ci ildə 18%-ə yüksəlib, indi isə az qala 30%. Bütün pensiya xərclərinin təxminən 24%-i əlilliyə görə pensiyalara gedir. Hansısa səbəb göstərmək çox çətindir. Əgər saxta əlllik alma əsas səbəb deyilsə, deməli əhalimizin sağlamlığı ilə bağlı məsələ ciddidir. Yəni hər 2 səbəb neqativdir.

Rusiya Ali İqtisad Məktəbinin tədqiqatçılarının 10-15 gün əvvəl yayımladığı araşdırmaya görə, hazırda Avropa Birliyi ölkələri üzrə, bütün pensiyaçıların 80%-i yaşa görə, cəmi 12%-i əlliliyə görə pensiya alır. AB sərhədləri daxilində pensiya xərclərinin cəmi 8.9%-i əlilliyə görə pensiya xərcləridir. AB ölkələrində pensiya alanların sayında bizdən fərqli olaraq əlilliyə görə pensiya alanlar say etibarı ilə 3-cü yerdə gəlir. 2-ci yerdə isə ailə başçısını itirməyə görə pensiya alanlar dayanır”.
 
Ekspert qeyd edib ki, pensiya yaşının artırılması, həmçinin güzəştli pensiya hüququ verən şərtlərin məhdudlaşdırılması istiqamətində qanunvericilikdə edilən dəyişikliklər də artıq öz nəticəsini verib:
 
“Yaşa görə pensiya alanların ümumi sayı 1990-2000-ci illərdə 19%, 2000-2010-cu illərdə 16% artmışdısa, 2010-2018-ci ilərdə 9.3% azalıb.
Əgər yaşa görə pensiya alanların ümumi əhaliyə nisbəti 1990-cı ildə 8.8%, 2000-ci ildə 9.2%, 2010-cu ildə 9.5% olmuşdusa, 2018-ci ildə 7.9%-ə enib. Yəni bu, ən azından son 30 ilin ən aşağı göstəricisidir.

Məlumat üçün deyim ki, hazırda inkişaf etmiş ölkələrdə əhalinin orta hesabla 20%-i dövlətdən yaşa görə pensiya alır. Göründüyü kimi bizdə bu göstərici təxminən 3 dəfə aşağıdır və pensiya sisteminin dayanıqlı maliyyə bazasının qurulması baxımından çox əlverişli imkandır. Həm əhalinin daha az hissəsinin yaşa görə pensiya alması, həm də pensiyaların məbləğinin əhəmiyyətli dərəcdə aşağı olmasının nəticəsidir ki, hazırda Azərbaycanda pensiya xərclərinin ÜDM-də payı təxminən 5-6%-dir. Bir çox inkişaf etmiş ölkələrdə isə həmin göstərici 10-15% intervalında dəyişir.
Bizim üçün əsas təhlükəli məqam odur ki, kölgə iqtisadiyyatının böyük olması hesabına 1 nəfər pensiyaçının hesabına ən yaxşı halda 1 nəfər rəsmi işləyən şəxs pensiya fonduna sığorta ödəyir, inkişaf etmiş ölkələrdə bu göstərici 3-4 nəfər təşkil edir. Bizdə rəsmi sığorta ödəyənlərin də xeyli hissəsinin maaşlarınin real məbləği gizlədildiyindən Fonda 1 işləyən hesabı ilə daha az vəsait ödənir”.

Digər xəbərlər