İnsanların, o cümldədən iş adamlarının şanslarana dəyərləndirməsi müxtəlif amillərdən asılıdır. Bəzən şanslar rəqəm ifadəsində eyni olsa da, onların əhəmiyyəti fərqli ola bilər və bu da seçimlərə təsirini göstərir.
İqtisadiyyatlarda “rasional seçim” illüziyası - NƏDİR?
FED.az xəbər verir ki, bunu idarəetmə üzrə konsultant və təlimçi Elşən Bədirxanov bildirir.
Ekspert yazır:
«Aşağıdakı dörd nümunədə, 1 milyon dollar qazanmaq şansınız 5%-lik addımlarla artır. Aşağıdakı artımlar baş verdikdə eyni dərəcədəmi sevinəcəksiniz?
A. 0-dan 5%-dək
B. 5-dən 10%-dək
C. 60-dan 65%-dək
D. 95-dən 100%-dək
Gözlənti prinsipi hər bir halda faydanızın düz 5% artdığını söyləyir. Lakin bu, sizin hisslərinizi düz əks etdirirmi? Əlbəttə ki, yox.
Hər kəs razılaşar ki, 0-5% və 95-100% cütlükləri 5-10% və ya 60-65% cütlüklərindən daha təsirlidir.
Şansların sıfırdan beş faizə qədər artması vəziyyəti ciddi dəyişir, əvvəllər olmayan bir fürsət yaradır, mükafat qazanmaq ümidi verir. Bu effekt lotereyanın yüksək populyarlığını izah edir. Bilet olmadan qazanmaq mümkün deyil, onunla isə, çüzi də olsa şansınız yaranır.
95-100%-lik ehtimalın artması zamanı, təsirinə görə güclü olan, daha bir keyfiyyətli dəyişiklik – müəyyənlik effekti müşahidə olunur. Bu effektə görə biz, kiçik riskləri həddindən artıq dəyər verməyə meyilliyik və onları ümumiyyətlə aradan qaldırmaq üçün lazım olandan daha çox ödəyirik.
Ehtimalı az olan imkanların lazımından artıq qiymətləndirilməsi, məsələn, sığorta müqavilələrinin cəlbediciliyini artırır».