2023-cü ilin yanvar-sentyabr aylarında Gəncə şəhərində fəaliyyət göstərən sənaye müəssisələri və fiziki şəxslər tərəfindən faktiki qiymətlərlə 427,5 milyon manatlıq sənaye məhsulu istehsal edilib və sənaye xarakterli xidmətlər göstərilib.
Bu barədə FED.az-a Gəncə Şəhər Statistika İdarəsindən bildirilib.
Məhsulun və xidmətlərin 107,5 milyon manatı, yaxud 25,1 faizi dövlət sektorunun sənaye müəssisələri, 320,0 milyon manatı, yaxud 74,9 faizi qeyri-dövlət sektorunun sənaye müəssisələri və fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan təsərrüfat subyektləri (fiziki şəxslər) tərəfindən istehsal edilib.
Sənayedə muzdla çalışan 6867 nəfər işçinin (dövlət sektorunda 4002 nəfər, qeyri-dövlət sektorunda 2865 nəfər) hər birinə verilən orta aylıq əməkhaqqı 673,6 manat təşkil edib. Dövlət sektorunda işçilərin orta aylıq əməkhaqqı 650,5 manat, qeyri-dövlət sektorunda 705,8 manat təşkil edib.