2026-cı ilin yanvar–oktyabr aylarında Azərbaycanda pərakəndə ticarət dövriyyəsi 57 milyard 523,4 milyon manat təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 3,8 faiz artıb.
Azərbaycanda 10 ayda orta illik inflyasiya 5,6% olub
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Pərakəndə ticarət üzrə artım tempi 2026-cı ilin yanvar–sentyabr aylarında da 3,8 faiz təşkil etmişdi.
Beləliklə, on aylıq dövrün yekununda pərakəndə ticarətin artım tempi əvvəlki doqquz aylıq dövrlə müqayisədə dəyişməyib.













