2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 6 560 ton qaymaq və xama istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə qaymaq və xamanın istehsalı 573,9 ton və ya 9,6% artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 5 986,1 ton təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı olmayıb.