2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 20 218 ton kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kərə yağının istehsalı 7,4% və ya 1 399,2 ton artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 18 818,8 ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 74,8 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 155,7 ton və ya 3,1 dəfə azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 230,5 ton təşkil edib.