2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 10 868,1 ton pambıq ipliyi istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, bu əvvəlki ilin eyni dövrü ilə müqayisədə 24,9 ton və ya 0,2% çoxdur.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 10 843,2 ton təşkil edib.
01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 1579,7 ton olub.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 795,7 və ya 335% azdır.
01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 2 375,4 ton olub.