2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 10 045 milyon ədəd siqaret istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə tütün məmulatlarının istehsalı 1 274,2 milyon ədəd və ya 14,5% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 8 770,8 milyon ədəd təşkil edib.
01.09.2023-cü il tarixinədək hazır məhsul ehtiyatı 854,6 milyon ədəd olub.
Bu da keçən ilin eyni dövrü ilə müqayisədə 39,8 milyon ədəd və ya 4,9% çoxdur.
01.09.2022-ci il tarixinədək hazır məhsul ehtiyatı 814,8 milyon ədəd olub.