2023-cü ildə Avropa İttifaqı (Aİ) ölkələri Azərbaycana rekord 3,65 min ton əczaçılıq məhsulları ixrac edib, bu da 2022-ci illə müqayisədə 5,5% çoxdur.
FED.az xəbər verir ki, bu barədə Aİ-nin Statistika İdarəsi (Avrostat) bildirir.
Hesabat dövründə idxalın həcmi dəyər ifadəsində 16% artaraq rekord 159,5 milyon avroya çatıb.
İxracın əmtəə strukturunda dərman vasitələri (əmtəə nomenklaturasının kodu - 3004) üstünlük təşkil edib, onların AI-dən Azərbaycana tədarükü say ifadəsində 6,1% artaraq rekord 3,6 min tona, pul ifadəsində 17,6% - rekord 136 milyon avroya çatıb.
2023-cü ildə Azərbaycana əczaçılıq məhsulları ixracatçılarının ilk beşliyinə Almaniya (44,2 milyon avro məbləğində (artım 16,3%) 1,2 min ton (azalma 8,9%), Macarıstan (32,5 milyon avro məbləğində (artım 29,9%) 773 ton (artım 48%), Sloveniya (18,7 milyon avro məbləğində (artım 6,3%) 397 ton (azalma 6,4%), Bolqarıstan (6 milyon avro məbləğində (artım 11,9%) 247 ton (artım 18,8%) və Niderland (13,3 milyon avro məbləğində (artım 19,9%) 238 ton (artım 20,5%) daxil olub.
Ötən il Aİ-dən Azərbaycana dərman vasitələrinin (əmtəə nomenklaturasının kodu - 3004) ən iri ixracatçıların beşliyinə Almaniya (39,1 milyon avro məbləğində (artım 22%) 1,1 min ton (azalma 9%), Macarıstan (29,2 milyon avro məbləğində (artım 6,4%) 769 ton (artım 48,4%), Sloveniya (17,7 milyon avro məbləğində (artım 6,4%) 388 ton (azalma 5,1%), Bolqarıstan (5,9 milyon avro məbləğində (artım 20%) 245 ton (artım 18,7%) və Niderland (12,1 milyon avro məbləğində (artım 28,9%) 236 ton (artım 22,4%) daxil olub. (İnterfaks-Azərbaycan)