Kriptovalyuta bazarında son sutka ərzində əsas aktivlərin əksəriyyətində ciddi bahalaşma qeydə alınıb.
FED.az xəbər verir ki, “CoinMarketCap” platformasında “Bitcoin” son 24 saatda 4,84% bahalaşaraq 85 412,18 ABŞ dollarına yüksəlib.
“Ethereum” 2,45% artaraq 2 731,48 dollara, BNB 1,64% bahalaşaraq 789,36 dollara çatıb. “Bittensor”da daha kəskin artım qeydə alınıb – kriptovalyuta 17,80% bahalaşaraq 315,14 dollara yüksəlib. “Bitcoin Cash” isə 4,07% artaraq 265,17 dollara çatıb.
Bununla yanaşı, “Zcash” 3,51% ucuzlaşaraq 1 461,28 dollara, “Monero” isə 0,67% azalaraq 574,26 dollara enib.
“CoinMarketCap 20” indeksi son 24 saatda 4,62% artaraq 177,62 bənd təşkil edib. “Bitcoin”in bazar kapitallaşması 1,72 trln. dollara yaxınlaşıb.
Analitiklər bildirirlər ki, kriptovalyuta bazarındakı yüksəliş qlobal bazarlarda risk iştahının artması, neft qiymətlərinin geriləməsi və ABŞ dövlət istiqrazlarının gəlirliliyinin azalması fonunda baş verir. Bundan başqa, geosiyasi gərginliyin səngiyə biləcəyinə dair gözləntilər də investorların riskli aktivlərə marağını artırıb.













