“PAŞA Sığorta” neft sahəsində çalışan əməkdaşlar üçün KASKO sığortasını daha sərfəli şərtlərlə əldə etməyə imkan verən xüsusi təklif təqdim edir.
FED.AZ xəbər verir ki, təklif çərçivəsində əməkdaşlar öz avtomobillərini neftçilərə özəl aşağı tariflə sığortalaya bilərlər. Bu zaman təklif olunan sığorta haqqı standart qiymətlərə nisbətdə aşağı olur. Üstəlik sığorta haqqını hissəli şəkildə də ödəyə bilərlər.
KASKO sığortası qəza, yanğın, partlayış, oğurluq, üzərinə əşya düşməsi, təbii fəlakət və digər risklər nəticəsində avtomobilə dəyən zərərləri ödəyir.
Xüsusi təklif 20 oktyabr 2026-cı ilədək qüvvədədir.
Müraciət üçün BURA klik edin.














