Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Rusiya Federasiyasının Soçi şəhərinə səfərə gəlib.
FED.az xəbər verir ki, bu haqda Prezidentin mətbuat xidməti məlumat yayıb.
Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Krasnodar vilayətinin qubernatoru Veniamin Kondratyev, Soçi şəhərinin meri Anatoli Paxomov və digər rəsmi şəxslər qarşıladılar.