2026-cı il oktyabrın 31-nə Azərbaycanın strateji valyuta ehtiyatları 88 milyard 550,6 milyon ABŞ dolları təşkil edib. Bu, ötən ilin müvafiq tarixi ilə müqayisədə 7,3 faiz artım deməkdir.
Azərbaycanın dövlət büdcəsində 4,8 milyard manatlıq artıqlıq yaranıb
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2026-cı il sentyabrın 30-na strateji valyuta ehtiyatlarının illik artımı 9,7 faiz təşkil etmişdi.
Beləliklə, oktyabrın sonuna illik artım tempi sentyabrın sonundakı göstəricidən 2,4 faiz bəndi aşağı olub.
Strateji valyuta ehtiyatlarının yüksək səviyyəsi ölkənin xarici maliyyə dayanıqlığı və makroiqtisadi sabitliyi baxımından mühüm əhəmiyyət daşıyır.













