Expressbank ASC Palo Alto NGFS 1410 Təhlükəsizlik Ekranı (Firewall) avadanlığının lisenziyasının 3 il müddətinə uzadılması ilə bağlı tender elan edir.
Maraqlanan şirkətlərdən qiymət təkliflərini 4 tərəfdən imzalanmış və möhürlənmiş bağlı zərfdə təqdim etmələri xahiş olunur. Zərfin üzərində “TENDER” sözü qeyd edilməlidir.
Təkliflərin təqdim edilməsi üçün son tarix: 16 noyabr 2026-cı il, saat 16:00.
Ünvan: Dəmirçi Plaza, 7-ci mərtəbə.
Texniki suallarla bağlı Expressbankın nümayəndəsi Babək Xudiyevə müraciət etmək mümkündür:
- Əlaqələndirici şəxs: Babək Xudiyev
- E-poçt: [email protected]
- Telefon: 055 336 33 86
Maraqlanan təchizatçılar qiymət təkliflərini qeyd olunan tələblərə uyğun olaraq müəyyən edilmiş son tarixədək təqdim edə bilərlər.
“Expressbank” ASC ARMB tərəfindən 30 dekabr 1992-ci il tarixində verilmiş №119 lisenziya əsasında fəaliyyət göstərir.















