Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov noyabrın 25-də saat 11:00-da Horadiz şəhərində yerləşən Muğam Mərkəzində (ünvan: Füzuli rayonu, Horadiz şəhəri, Heydər Əliyev prospekti) Füzuli, Beyləqan və Xocavənd rayonlarından olan vətəndaşları qəbul edəcək.
FED.az xəbər verir ki, qəbul zamanı Füzuli, Beyləqan və Xocavənd rayonları sakinlərinin gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.
Qəbulda iştirak etmək istəyən vətəndaşlar “195” Çağrı Mərkəzi ilə əlaqə saxlayaraq və ya Komitənin rəsmi internet səhifəsinin “Müraciətlər” və “Virtual qəbul” bölmələrindən daxil olmaqla (https://customs.gov.az/az/muracietler/sedre-mektub/) qəbula yazıla bilərlər.