Bu ilin oktyabr ayında Azərbaycanda gündəlik neft hasilatı orta hesabla 447 min barel təşkil edib.
FED.az bu barədə OPEC-in aylıq hesabatına istinadən xəbər verir.
Məlumata görə, ötən ay Azərbaycanda gündəlik neft hasilatı sentyabr ayı ilə müqayisədə 4 min barel az olub.
Hesabata əsasən, "OPEC+" razılaşması çərçivəsində Azərbaycanın 2026-cı il üçün gündəlik neft hasilatı kvotası 551 min barel olduğu halda, oktyabrda faktiki hasilat 104 min barel geriləyib.













