Azərbaycan istehsalı olan “Xankəndi Xindoqnı” markalı qırmızı şərabın şüşəsindən çıxarılan tıxacın üzərində “Armenian Wine” (erməni şərabı) yazısı əks olunub.
Azərbaycanda bazarın fəaliyyəti nəzarətə götürüldü – Ciddi pozuntular aşkarlanıb
FED.az xəbər verir ki, sözügedən məsələ Azərbaycan şərabının hazırlanmasında erməni məhsullarının istifadəsi ilə bağlı şübhə yaradıb.
Məlumat üçün bildirək ki, xindoqnı Qarabağa məxsus qədim, yerli qırmızı texniki üzüm sortudur. Bu üzümdən əsasən qırmızı şərab istehsalında istifadə olunur.
Qeyd edək ki, məsələ ilə bağlı aidiyyəti quruma sorğu ünvanlanıb. (Oxu.az)














