Nüfuzlu beynəlxalq media qurumu Euronews ABB-nin Özbəkistan bazarına daxil olmasına, Bankın beynəlxalq genişlənmə strategiyasına və rəqəmsal transformasiya sahəsində nailiyyətlərinə geniş məqalə həsr edib.
FED.az xəbər verir ki, məqalədə ABB-nin yeni bazara çıxışının Azərbaycan bankçılığının beynəlxalq inkişafı baxımından əhəmiyyəti, ABB DAVR brendinin perspektivləri, eləcə də Bankın texnoloji imkanları və gələcək hədəfləri diqqətə çatdırılıb.
Nəşr ABB-nin Özbəkistanın Davr Bankındakı əsas nəzarət səhm paketini əldə etməsini Bankın 2026–2028-ci illər üzrə inkişaf strategiyasında nəzərdə tutulan coğrafi genişlənmə hədəflərinə doğru mühüm addım kimi qiymətləndirib. ABB DAVR-ın fəaliyyətə başlamasının Azərbaycan və Özbəkistan arasında iqtisadi əlaqələrin daha güclənməsinə xidmət edəcəyini vurğulayıb.
Məqalədə ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimovun Bankın beynəlxalq inkişaf perspektivləri ilə bağlı fikirlərinə də yer verilib. O bildirib ki, əsas məqsəd Özbəkistanın aparıcı müasir özəl banklarından birini formalaşdırmaqdır.
Euronews ABB-nin həmçinin rəqəmsal transformasiya və süni intellekt sahəsində nailiyyətlərini geniş işıqlandırıb.
Euronews-un qənaətinə görə, ABB-nin Özbəkistan bazarına daxil olması Bankın texnologiya, innovasiya və uzunmüddətli regional əməkdaşlıq üzərində qurulan inkişaf modelinin yeni mərhələsidir.
Məqalə ilə buradan tanış ola bilərsiniz.















