Vergi borclarına görə hesablanan gecikmə faizlərinin azaldılması və maliyyə sanksiyalarının vaxtından əvvəl ödənilməsinə güzəşt tətbiqi təklif olunur.
Azərbaycanda maliyyə bazarı iştirakçılarına qarşı sanksiyanın məbləği artırılır
Bu dəyişikliklər sahibkarlar üçün nəyi asanlaşdıracaq?
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətinin Vergi siyasəti baş idarəsinin rəis müavini Əvəz Quliyev bu barədə suala cavab verib:
"Layihənin əsas istiqamətlərindən biri, qeyd etdiyimiz kimi, sahibkarların vergi və maliyyə yükünün optimallaşdırılmasıdır. İndiyədək sahibkarın vergi borcu olduqda borcun ödənilmədiyi müddətdə hər gecikdirilmiş günə görə əsas vergi borcunun 0,1 faizi həcmində faiz hesablanırdı. Növbəti ildən bu faiz dərəcəsinin 0,05 faizə endirilməsi, yəni 50 faiz azaldılması təklif olunur.
Eyni zamanda, digər bir dəyişiklik də sahibkarlara tətbiq olunan maliyyə sanksiyaları ilə bağlıdır. Belə ki, sahibkar tətbiq edilmiş maliyyə sanksiyasını 10 iş günü ərzində ödədiyi təqdirdə, sanksiyanın 10 faizi həcmində güzəştdən yararlana biləcək".
Təklif Vergi Məcəlləsinə dəyişiklik layihəsinə daxildir.













