Birləşmiş Ştatlar İrana qarşı tətbiq edilən və «Nüvə sazişi»nə zidd olan sanksiyaları götürməyə hazırdır.
FED.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin nümayəndəsi Ned Prays bildirib. Onun sözlərinə görə, sanksiyalar məsələsi hələ açıq qalıb.
«Biz nüvə sazişinə əməl olunması üçün lazım olan addımlara atmağa hazırıq, o cümlədən sazişə zidd olan sanksiyaların aradan qaldırılmasına da» - deyə o bildirib.
Onun sözlərinə görə, İranın nüvə proqramı ilə bağlı hazırda Vyanada danışıqlar aparılır və konstruktiv keçir.
Xatırladaq ki.ö bir qədər əvvəl İran prezidenti Həsən Ruhani bildirmişdi ki, İran nüvə sazişi üzrə öz öhdəliklərinin icrasına yalnız o zaman qayıdacaq ki, ABŞ da bu proqrma qayıtsın, ona qədər rəsmi tehran vaşinqtonla nə vasitəçilərlə, nə də birbaşa danışıqlar aparmayacağını elan edib.