“Bakienerjitikinti” ASC-nin səhmdarlarının növbəti illik ümumi yığıncağı 11 dekabr 2026-cı il saat 14:00-da keçiriləcək.
Gələn il Azərbaycanda 52 dövlət müəssisəsi dividend ödəməli olacaq
FED.az xəbər verir ki, yığıncağın gündəliyinə xalis mənfəətin bölüşdürülməsi və dividendlərin ödənilməsi məsələsi daxil edilib. Səhmdarlar həmçinin İdarə Heyətinin və Təftiş Komissiyasının hesabatlarına baxacaq, 2025-ci il üzrə illik maliyyə hesabatlarının və auditor rəyinin təsdiqini müzakirə edəcəklər.
Yığıncaq Bakı şəhəri, Sabunçu dairəsi, 37 ünvanında keçiriləcək. İştirakçıların qeydiyyatı həmin gün saat 08:00-dan 12:00-dək aparılacaq.













