Bu ilin yanvar–oktyabr aylarında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 33 milyard 569,6 milyon manat təşkil edib.
Azərbaycanın cari əməliyyatlar hesabı 2031-ci ilə kimi profisitli olacaq
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% daha çox olub.
Hesabat dövründə, dövlət büdcəsinin xərcləri 28 milyard 761,4 milyon manat olub ki, bu da, illik müqayisədə 3,8% daha çoxdur.
Qeyd edək ki, dövlət büdcəsinin gəlirlərinin xərcləri üstələməsi nəticəsində 10 ayda büdcədə 4 milyard 808,2 milyon manat artıqlıq yaranıb.













