“Azər Pak” MMC (VÖEN: 3100013691) nizamnamə kapitalını azaldır.
Azərbaycan şirkətinin təsisçisi – 40%-LİK PAYINI GERİ GÖTÜRÜR
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, şirkət nizamnamə kapitalının 8 milyon 185 min manatdan 7 milyon 530 min 200 manat məbləğə azaldığının elan edib. Yəni şirkətin nizamnamə kapitalı 654 min 800 manat azaldılıb.
Qeyd edək ki, şirkət 2001-ci ildə yaradılıb. Qanuni təmsilçisi Saeid Partovi olan şirkət Abşeron rayonu, Şamaxı Şossesi (Xırdalan) ev.69 hüquqi ünvanında yerləşir.














