İcbari Sığorta Bürosunun (İSB) rəhbərliyi FED.az biznes və maliyyə xəbərləri portalına təşəkkür məktubu ünvanlayıb.
İSB-nin icraçı direktoru Rəşad Əhmədovun imzası ilə portalın baş redaktoru Əli Əhmədova göndərilən məktubda sığorta və maliyyə sektorundakı prosesləri düzgün işıqlandırması, maarifləndirici və faydalı yanaşmasına görə, FED.az-ın kollektivinə təşəkkür edilir.
Eləcə də bax: Sığorta şirkətləri avtobusları sığortalamaqdan – İMTİNA EDİRLƏR
Məktubda deyilir:
«Sevindirici haldır ki, FED.az sığorta bazarında müşahidə olunan yeniliklərə böyük diqqətlə yanaşaraq baş verən hadisələri mütəmadi olaraq obyektiv və adekvat şəkildə ölkə ictimaiyyətinə çatdırmağa səy göstərir, sığorta sisteminin təkmilləşdirilməsi, sığorta qanunvericiliyi üzrə maarifləndirmə işlərilə bağlı məlumatları mütəmadi olaraq KİV vasitəsilə ictimaiyyətə ötürməklə sığorta sahəsinə inamın artırılmasında yüksək peşəkarlıq nümayiş etdirir.
Qeyd edək ki, sığorta sahəsi ilə yanaşı, FED.az tərəfindən maliyyə və digər sahələrlə bağlı təqdm edilən məlumat və maarifləndirmə xarakterli məqalələr də öz faydalılığı və səmərəliliyi ilə seçilir.
Yuxarıda qeyd ounanları nəzərə alaraq, yüksək professionallığınıza və əhalinin sığorta sahəsində məlumatlılığının artırılmasında göstərdiyiniz peşəkarlığa görə, Siz əvə komandanıza öz təşəkkürümüzü bildirir, əməkdaşlığımızın davamlı olacağına ümid edirik».
FED.az-dan: Xatırladaq ki, sığorta və maliyyə sektorundakı prosesləri diqqətlə izləyən FED.az bir neçə gün əvvəl Azərbaycanda avtobusların icbari sığortası sahəsində mövcud olan problemi işıqlandırıb. Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu məsələni operativ şəkildə araşdıraraq problemin həlli ilə bağlı tədbirlər görüb, bunnula bağlı maraqlı tərəflərə, faydalı açıqlamalar verilib.
Azərbayanının sığorta sektorunda ciddi vəzifələri icra edən və bazarın inkişafında mühüm rolu olan İcbari Sığorta Bürosunun məktubu FED.az-ın fəaliyətinə sahəvi orqanlar tərəfindən verilən yüksək qiymət olmaqla yanaşı, həm də daha obyektiv fəaliyyət üçün böyük stimuldur. Bu qiymətə görə, FED.az kollektivi İSB-nin rəhbərliyinə minnətdarlığını bildirir.
Qeyd edək ki, İcbari Sığorta Bürosu zərərçəkən sığorta olunanların və zərər vurulan üçüncü şəxslərin maraqlarının müdafiəsini, icbari sığorta sisteminin sabitliyi və inkişafını təmin etmək üçün, habelə “İcbari sığortalar haqqında” Qanunla nəzərdə tutulan funksiyaların həyata keçirilməsi məqsədilə həmin qanunun tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq hüquqi şəxslərin ittifaqı kimi təsis edilib və fəaliyyət göstərir.