Azərbaycanda sərnişin daşıma ilə məşğul olan müəssisələr, daha dəqiqi avtobus şirkətləri avtobuslarını sığortalamaq poblemi ilə üzləşiblər. Bu barədə FED.az-a sığorta bazarındakı mənbələr bildirib. Belə ki, sığorta şirkətləri, avtobusları, xüsusilə də Bakı şəhəri daxilində marşrutlarda fəaliyyət göstərən avtobusları sığortalamaqan imtina edirlər. Özü də söhbət avtobusların icbari sığortalanmasından gedir.
Mənbənin sözlərinə görə avtobuslar artıq bir neçə ildir ki, sığopta şirkətləri üçün arzuolunmaz mütəriyə çevrilib. Səbəbi onların tez-tez qəzalar törətməsidir.
İş o yerə çatıb ki, Bakının ən iri sərnişin daşıyıcılarından olan ”Xaliq Faiqoğlu” şirkəti də sığorta şirkətlərinin avtobusları sığortalamamasından şikayətlənib. Şirkətdən bildirilib ki, son vaxtlar avtobusların iştirakı ilə baş verən qəzalar, eləcə də bu qəzalarda sərnişinlərin xəsarət alması ciddi problemlər yaradıb: « Nəticədə şirkətə və icbari sığorta təşkilatlarına külli miqdarda ziyan dəymişdir, hadisələr nəticəsində zərərlilik əmsalı yüksəlmişdir. Məhz bu hadisələr səbəbindən bəzi sığorta şirkətləri ictimai nəqliyyat vasitələrini sığortlamaqdan imtina etmişdir»-deyə şirkətin açıqlamasında deyilir.
Doğrudur, şirkət bu qəzalarda avtobuslardan çox minik avtomobillərinin günahkar olduğunu bildirir: «2018-ci ilin yanvar-oktyabr ayları üzrə şirkətin istismarında olan avtobusların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin statistikasına nəzər yetirdikdə 85-90% hallarda qəzaların baş verməsinə səbəb məhz qarşı tərəf, yəni minik avtomobilləri olmuşdur»-deyə açıqlamada bildirilirdi.
Xüsusilə bir neçə ay əvvəl Binə qəsəbəsində avtobusun iştirak etdiyi qəzadan sonra sığorta şirkətləri marşrut avtobuslarının sığortalanmasına qadağa qoyublar. Qeyd edək ki, avtobusların icbari sığortalanması «İcbari sığortalar haqqında» qanuna əsasən həyata keçirilir və qanuna əsasən, belə lisenziyasçı olan şirkətlər bundan imtina edə bilməzlər.
Məhz buna görə də, şirkətlərin avtobusları sığortalamaqdan imtnası müxtəlif formalarda baş verir: «Məsələn, sığorta agentlərinə tapşırılır ki, avtobusların sığortalanması ilə bağlı müqavilə bağlamasınlar, xəbərlarlıq edirlər ki, belə müqavilədən agentə komissiya ödənilməyəcək. İkinci dəfə belə hal olsa isə agentlə əməkdaşlıq dayandırılacaq».
Qeyd edək ki, avtobusların icbari sığortalanması üzrə sığorta haqlarının məbləği minik avtomobillərində olduğundan fərqlənir. Belə ki, oturacaqlarının sayı 17-dək olan avtobusların sığopta haqqı 150 manat, bundan çox olanlar isə 200 manatdır.
Sığorta təminatı isə minik avtomobillərində olduğu kimidir - əmlaka dəyən ziyana görə 5 min manat, saglamliga dəyən ziyana görə görə isə 50 min manat. Sığorta bazarında bildirirlər ki, avtobusların sığortası zərərli olduğuna görə, şirkətlərin demək olar hamısı bu sığortadan imtina edir, avtobusları yalnız dövlət şirkəti olan «Azərsığorta» sığortalayır.
«Azərsığorta» şirkətindən bu məlumatı təsdiqləyiblər. Şirkətin idarə heyəti sədrinin müavin Aftandil Hacıyev FED.az-a bildirib ki, avtobusların icbari sığortası üzrə zərərlilik həddən artıq böyükdır: «Avtobuslar çoxsaylı qəzalar törədirlər. Əksər hallarda da qəzalar onların sürücülərinin günahı üzündən baş verdiyinə görə, ödənişlərin həcmi də böyükdür». İH sədrinin müavini bildirib ki, buna baxmayaraq şirkət avtobusların sığortalanasına davam edir.
Qəzaların sayınn çoxluğu nəticəsində avtobuslara böyük məbləğdə Malus balları toplanıb. Nəticədə normalda 200 manat olan sığorta haqları 700 manatadək yüksəlib, amma hətta bu məbləğə də avtobusları sığortalamaq istəyən yoxdur.
Bazar iştirakçılarının sözlərindən məlum olur ki, belə vəziyyətin yaranmasının bir səbəbi də minik avtomobillərindən fərqli olaraq avtobusların yol hərəkət qaydalarına əməl etməsinə nəzarətin zəif olmasıdır. Belə ki, adi avtomobillər üçün ciddi qanun pozuntusu sayılan bəzi hallarda avtobusların belə hərəkətlərinə göz yumulur.
FED.az-ın bununla bağlı İcbari Sığorta Bürosuna müraciət edib. Bürodan verilən məlumata görə, doğrudan da bu sahədə bəzi narazılıq doğuran hallara rast gəlinməkdədir: «Hazırda gündəmdə olan məsələlərdən biri nəqliyyat vasitələri kimi avtobus və mikroavtobusların icbari sığortalanması məsələsidir. Qeyd edək ki, sığortaçılar tərəfindən icbari sığorta məqsədilə müraciət edən şəxsə imtina edilməsi “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanununun 23.3-cü maddəsinə zidd haldır. Qeyd edək ki, bu kimi halların aradan qaldırılması məqsədilə hazırda Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası və İcbari Sığorta Bürosu tərəfindən konkret tədbirlər həyata keçirilir».
Bro onu da xatırladıb ki, nəqliyyat sektorunda mikroavtobus, avtobus və digər sərnişin daşıyıcı avtonəqliyyat vasitələri təklif edən sahibkarlar bu problemlərlə qarşılaşmamaq üçün öz əmlaklarını elektron qaydada sığortalamaq imkanına da malikdirlər: «Belə ki, sahibkar sığorta şirkətinə və ya sığorta vasitəçilərinə müraciət etmədən istənilən sığorta şirkətinin internet səhifəsi üzərindən müvafiq məlumatları daxil etməklə öz əmlakını elektron qaydada icbari sığortalaya və icbari sığorta nömrəsi əldə edə bilər».