Bu ilin yanvar-iyun aylarında Azərbaycanda sığorta təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı 5 milyon 631 min 943 olub.
İşsizlikdən sığorta alan kişilərin sayı azalıb – QADINLARIN SAYI ARTIB
FED.az biznes və maliyyə xəbərləri portalı Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 255 min 685 müqavilə (4,8%) daha çoxdur.
Sığorta müqavilələrinin 3 milyon 455 min 852-si könüllü sığorta, 2 milyon 176 min 91-i icbari sığorta müqavilələrinin payına düşüb. İllik müqayisədə könüllü sığorta müqavilələrinin sayı 504 min 307 müqavilə (17,1%) çox olsa da, icbari sığorta müqavilələrinin sayı 248 min 622 müqavilə (10,3%) azalıb.
Qeyd edək ki, 2025-ci ilin ilk yarısında Azərbaycanda sığorta təşkilatları tərəfindən bağlanmış müqavilələrdə sığorta predmetlərinin sayı 5 milyon 376 min 258 olmuşdu. Sığorta müqavilələrinin 2 milyon 951 min 545-si könüllü sığorta, 2 milyon 424 min 713-ü icbari sığorta müqavilələrinin payına düşmüşdü.















