11–12 noyabr tarixlərində Bakı İdman Sarayında eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycanda ilk dəfə təşkil olunan beynəlxalq yarışın baş sponsoru “PAŞA Həyat” olub.
FED.AZ xəbər verir ki, Azərbaycan Deflimpiya Komitəsinin təşkilatçılığı ilə keçirilən çempionatda Avropanın 12 ölkəsindən 77 idmançı iştirak edərək qitənin ən güclü cüdoçusu adı uğrunda mübarizə aparıb. Yarış idman vasitəsilə inklüzivliyin təşviqi, bərabər imkanların yaradılması və eşitmə məhdudiyyətli şəxslərin idman sahəsində nailiyyətlərinin tanıdılması baxımından xüsusi əhəmiyyət daşıyıb.
Çempionatın açılış mərasimində dövlət və idman qurumlarının nümayəndələri, beynəlxalq idman təşkilatlarının təmsilçiləri və digər rəsmi qonaqlar iştirak ediblər. Tədbir çərçivəsində PAŞA Həyatın İdarə Heyətinin Sədri Ülviyyə Cabbarova da yarışda iştirak edib, qaliblərin mükafatlandırılması mərasimində idmançılara medallar təqdim edib.
Azərbaycan millisi çempionatda uğurlu nəticə göstərərək 2 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıb. Coşqun Əliyev - 60 kq və Xalid Məmmədov - 66 kq çəki dərəcələrində Avropa çempionu adını qazanıb, Aydın Əzizov - 81 kq çəki dərəcəsində gümüş, Eltun Məmmədov - 73 kq çəki dərəcəsində isə bürünc medala sahib olub.
PAŞA Həyat üçün bu çempionatın baş sponsoru olmaq yalnız idman tədbirinə dəstək göstərmək deyil, eyni zamanda cəmiyyətdə inklüzivlik, bərabər imkanlar və sosial məsuliyyət dəyərlərinin təşviqinə töhfə vermək baxımından mühüm əhəmiyyət daşıyır.
Şirkət insanların həyatına dəyər qatmaq, cəmiyyətin rifahına töhfə vermək və sosial əhəmiyyətli təşəbbüsləri dəstəkləmək istiqamətində fəaliyyətini davam etdirir.
PAŞA Həyat bütün idmançıları təbrik edir, onlara gələcək yarışlarda yeni nailiyyətlər arzulayır.







![[red]PAŞA Həyat[/red] eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının - [red]BAŞ SPONSORU OLUB[/red] | FED.az](/upload/news/small/3794703.jpg)
![[red]PAŞA Həyat[/red] eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının - [red]BAŞ SPONSORU OLUB[/red] | FED.az](/upload/news/small/199763.jpg)
![[red]PAŞA Həyat[/red] eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının - [red]BAŞ SPONSORU OLUB[/red] | FED.az](/upload/news/small/1794624.jpg)
![[red]PAŞA Həyat[/red] eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının - [red]BAŞ SPONSORU OLUB[/red] | FED.az](/upload/news/small/315268.jpg)
![[red]PAŞA Həyat[/red] eşitmə məhdudiyyətli idmançılar arasında cüdo üzrə Avropa çempionatının - [red]BAŞ SPONSORU OLUB[/red] | FED.az](/upload/news/small/4138121.jpg)








