Süd vəzi xərçəngi qadınlar arasında ən çox rast gəlinən onkoloji xəstəliklərdən biridir. Bu xəstəliklə mübarizədə vaxtında müayinə və erkən aşkarlanma mühüm rol oynadığı kimi, yarana biləcək maliyyə çətinliklərinə qarşı əvvəlcədən hazırlıqlı olmaq da böyük əhəmiyyət daşıyır.
Bəs süd vəzi xərçəngindən sığortalanmaq mümkündür?
Bəli, PAŞA Həyat Sığorta tərəfindən təqdim olunan “GüclüSən” məhsulu ilə süd vəzi xərçəngi riskinə qarşı maliyyə təminatı əldə etmək mümkündür.
FED.AZ xəbər verir ki, “GüclüSən” süd vəzi xərçəngi sığortası qadınların sağlamlıqla bağlı gözlənilməz vəziyyətlərdə maliyyə dəstəyi almasını təmin etmək məqsədilə hazırlanıb.
Sığorta məhsulu çərçivəsində süd vəzi xərçəngi diaqnozu ilk dəfə təsdiqləndikdə, müqavilə şərtlərinə uyğun olaraq 30 000 AZN məbləğində birdəfəlik sığorta ödənişi nəzərdə tutulur.
Əldə edilən vəsaitdən ölkə daxilində və ya xaricdə müalicə, tibbi konsultasiyalar və digər şəxsi ehtiyaclar üçün istifadə etmək mümkündür.
“GüclüSən” məhsulu 18–65 yaş aralığında olan, əvvəllər süd vəzi xərçəngi keçirməmiş qadınlar üçün nəzərdə tutulub.
Unutmayaq ki, sağlamlığımıza göstərdiyimiz qayğı yalnız müayinələrlə məhdudlaşmır. Gözlənilməz hallara qarşı maliyyə hazırlığı da gələcəyimizi qorumağın vacib addımlarından biridir.















